CAHANGİR MƏMMƏDOV
Bakı Dövlət Universitetinin professoru,
Jurnalistika fakültəsi
MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA XALQIN TARİXİ KEÇMİŞİ
DOI: https://doi.org/10.36719/2708-065X/111/84-92
Məqalədə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi mərhələ təşkil edən 1960-1990-cı illər dövründəki nəsrimizin nümunələri təhlilə cəlb edilir. Məqalənin əsas aparıcı mövzusunu xalqımızın tarixi keçmişinə dair ustad yazıçılarımızın əsərləri təşkil edir. Bu mövzu ilə bağlı bədii əsərlərin təhlilləri dünya nəsr nümunələrinə müraciətlə aparılır. Xüsusilə keçən əsrin ikinci yarısında Azərbaycanda meydana çıxan yeni ədəbi cərəyanın yaradıcılarının tarixi mövzuda əsərləri keçmiş Sovet İttifaqı respublikalarındakı yazıçıların əsərləri fonunda təhlil edilir. Azərbaycan ədəbiyyatının XIX əsrin birinci yarısında yazıb-yaratmış M.F.Axundzadə, Y.V.Çəmənzəminli, M.S.Ordubadi kimi yazıçılarına məxsus ədəbi məktəblərin altmışıncılar nəsli tərəfindən formalaşan yeni inkişaf mərhələsinə dair nümunələr məqalənin əsasını təşkil edir.
Açar sözlər: tarixi keçmiş, bədii əsər, janr, nəsr, altmışıncılar, yazıçı, əsər, yaradıcılıq, mövzu, ədəbiyyat, inkişaf, roman, tarix.
