SEVİNC RUİNTƏN
Bakı Dövlət Universitetinin dosenti
ORCID ID : 0000-0002-8211-1577
1918-1920-Cİ İLLƏRDƏ TÜRKİYƏ - İNGİLTƏRƏ
MÜNASİBƏTLƏRİNDƏ CƏNUBİ QAFQAZ MƏSƏLƏSİ
DOI: https://doi.org/10.36719/2708-065X/111/65-77
Bütün ümidimiz göydə Allaha, yerdə İngilis hökumətinə bağlıdır.
(Damad Fərid Paşa hökuməti (4 mart – 2 oktyabr 1919; 5 aprel – 17 oktyabr 1920))
İngiltərənin daimi dostları, daimi düşmənləri yoxdur, daimi maraqları var ...
(İngiltərənin Hərb naziri Uinston Çörçil)
Biz “barış istiyoruz” dediğimiz zaman “tam bağımsızlık” istiyoruz dediğimizi
herkesin bilmesi lazımdır. Bunu istemeye hakkımız ve kudretimiz vardır...
(Lozannada Türk nümayəndə heyətinin rəhbəri İsmet İnönü)
“Kabul etmekle uğrayacağımız zararlarla
askeri faaliyete geçmekle elde edeceğimiz sonucu çok dikkatle karşılamak zorundayız
(Mustafa Kamal Paşanın Baş Nazir Rauf Orbaya teleqramı, 28.01.1923)
Birinci dünya müharibəsi həyat və azadlıqlar üçün müharibənin özündən heç də az dağıdıcı olmayan siyasi dəyişikliklərə gətirib çıxardı. Müharibədən sonra dünya xəritəsində çəkilmiş yeni sərhədlər uzunmüddətli münaqişələrə səbəb oldu və bu mübahisələrin bir hissəsi günümüzdə də davam etməkdədir. Həmin illərdə böyük dəyişikliklərin baş verdiyi bölgələrdən biri də Qafqaz regionu olmuşdu. XX əsrin 90-cı illərində yenidən aktuallıq qazanmış Qafqazda nüfuz uğrunda mübarizə böyük dövlətlərin dünya liderliyi iddiasının tərkib hissəsi olmaqla, sadəcə region ölkələrinin deyil, bu mübarizədə maraqlı olan dövlətlərin də tarixi, elmi-siyasi ədəbiyyatlarında daima diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Hazırki məqalədə mövcud ədəbiyyatlar əsasında Türkiyənin Milli İstiqlal müharibəsi illərinin hadisələri yenidən nəzərdən keçirilir, bu hadisələrin günümüzdə regionda cərəyan edən hadisələrlə səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsinə cəhd göstərilir.
Açar sözlər: Türkiyə-İngiltərə münasibətləri, Türkiyənin Milli İstiqlal müharibəsi, Cənubi Qafqaz, Hind Xilafət hərəkatı, Çanaqqala böhranı, “Qafqaz səddi”, Türkiyə-Rusiya münasibətləri.
