NƏRGİZ ƏLİYEVA

Bakı Dövlət Universiteti

Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının doktorantı

[email protected]

 

BİRİNCİ DÜNYA MÜHARİBƏSİNİN SONLARINDA BÖYÜK BRİTANİYANIN

CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ NEFT AMİLİ

 

1917-ci ildə Rusiyada siyasi rejimin dəyişməsi nəticəsində regionda yaranan daxili siyasi böhran Böyük Britaniyanın müharibə maraqlarına ciddi zərbə vurmuşdu. Bolşevik çevrilişindən sonra isə Şərq cəbhəsinin süqutu Böyük Britaniyanın regiona müdaxiləsini zəruri hala gətirmişdi. Böyük Britaniyanın Cənubi Qafqazla bağlı aktiv siyasəti 1917-ci ilin sonlarından etibarən başlamışdı. Məqalədə Böyük Britaniyanın general Denstervilin başçılığı ilə göndərilmiş ilk missiyasının məqsədinin iqtisadi deyil, hərbi və strateji aspektlərdən irəli gəldiyi izah edilmişdir. Belə ki, Böyük Britaniya üçün prioritet məsələ Hindistanı və Əfqanıstanı düşməndən qorumaq üçün Xəzər dənizinə və Cənubi Qafqaza nəzarət etmək idi. 

Açar sözlər: Böyük Britaniya, Cənubi Qafqaz, Birinci Dünya müharibəsi, neft, Rusiya.



YÜKLƏ [779.83 Kb]
Baxış: 73
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]