GÜLŞƏN HÜSEYNOVA
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Hərb Tarixi Muzeyində şöbə rəisi, t.ü.f.d.
GENERAL HÜSEYN XAN NAXÇIVANSKİNİN
İCTİMAİ FAƏLİYYƏTİNİN NAXÇIVAN DÖVRÜ
DOI: https://doi.org/10.36719/2708-065X/111/53-59
Məqalədə tam süvari generalı Hüseyn xan Naxçıvanskinin doğma vətəni Naxçıvanın ictimai-siyasi həyatında fəaliyyəti mötəbər mənbələr və elmi ədəbiyyat əsasında hərtərəfli şəkildə əks olunmuşdur. Ömrünün böyük bir hissəsini Vətəndən uzaqda yaşayıb yaradan Hüseyn xanın hərbi və ictimai fəaliyyəti birbaşa Rusiya ilə bağlı olsa da, o, heç vaxt Azərbaycanla, xüsusilə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla əlaqəni kəsməmiş, bu diyarda mühüm ictimai işlər görmüşdür. Uzun illər imperiya ordusunda xidmət etməsinə baxmayaraq, Hüseyn xan ata-baba yurdu Naxçıvan torpağında yaşayan qohumları ilə daim ünsiyyətdə olmuş, Naxçıvan və İrəvan torpaqlarının gəlmə ermənilər tərəfindən mənimsənilməsinin qarşısını almaq məqsədilə qardaşlarına maddi yardım göstərmiş, həmin torpaqların geri qaytarılması və əldə olunması üçün ciddi təşəbbüslərlə çıxış etmişdir.
Açar sözlər: Naxçıvan, Naxçıvanskilər, Hüseyn xan Naxçıvanski, ictimai fəaliyyət, Qaraçuq torpağı, rus koloniyaları.
