ELLARA ƏHMƏDOVA
T.ü.f.d., ADNSU nəzdində STK
ŞİMALİ AZƏRBAYCANDA SƏNAYENİN MODERNLƏŞMƏSİ (1870-1890)
DOI: https://doi.org/10.36719/2708-065X/111/31-45
XIX əsrin II yarısında Rusiya imperiyasının tərkibində olan Azərbaycan tədricən feodal-patrimonial münasibətlərdən kapitalist istehsal formalarına keçid mərhələsini yaşayırdı. 1870–1890-cı illərdə Şimali Azərbaycanda baş verən ictimai-iqtisadi dəyişikliklər regionun sənaye inkişafında dönüş nöqtəsi oldu. Sənaye modernləşməsi Azərbaycan iqtisadiyyatında kapitalın yığılması, texniki ixtisaslaşma və şəhərləşmə proseslərini gücləndirdi. Bu, gələcəkdə Azərbaycanın müstəqil sənaye strukturlarının formalaşması üçün tarixi baza rolunu oynadı. Sənayeləşmənin başlanğıc mərhələsi kimi modernləşmə eyni zamanda həm milli iqtisadiyyatın, həm də cəmiyyətin inkişafına mühüm təsir göstərdi.
Аçar sözlər: Modernləsdirmə, iqtisadiyyat, kapitalizm, ağır sənaye, yüngül sənaye, yeyinti sənayesi.
