MƏHARƏT OSMANLI

Bakı Dövlət Universitetinin dosenti,

Tarix üzrə fəlsəfə doktoru

Maharatosmanlı@bdu.su.az

 

XIX ƏSRİN I YARISINDA RUSİYANIN CƏNUBİ QAFQAZIN MƏNİMSƏNMƏSİ

SAHƏSİNDƏ HƏYATA KEÇİRDİYİ SİYASƏTİ HƏMİN SİYASƏTİN TƏRKİB

HİSSƏSİ OLAN KÖÇÜRMƏ VƏ RUSLAŞDIRMA SİYASƏTİNİN

CƏNUBİ QAFQAZ REGİONUNA TƏSİRİ VƏ NƏTİCƏLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/111/27-30

 

I Pyotr hakimiyyətdə olduğu bütün müddətdə Cənubi Qafqazı bir an olsun nəzərindən kənarda qoymr, istər diplomatik yolla, istərsə də hərb yolu ilə bölgənin ələ keçirilməsində əlində olan bütün imkanları dəyərləndirirdi. Rusiyanın ticari, iqtisadi, siyasi mövqeyinin möhkəmlənməsində Cənubi Qafqazın rolunun dəyəri öz təsdiqini “Gülüstan”, “Türkmənçay” müqavilələrində də tapırdı. Üstə­lik, Xəzər dənizini Rusiyanın daxili dənizinə çevrilməsi Rusiyanın gələcək inkişafı üçün çox vacib idi. Bütün bunların fərqində olduğu üçün o, hətta övladlarına vəsiyyət edərək bu bölgədə Rusiyanın gələ­cək fəaliyyətini təmin etməyə çalışmışdı. Nəhayət, bir əsr sonra I Pyotrun xələfləri onun arzusunu həyata keçirməyə müvəffəq olmuşdular. Sırada bu ərazinin tamamilə mənimsənilməsi, və Rusiyanın ayrılmaz parçasına çevirmək dururdu. Məhz buna görə köçürmə siyasətinin həyata keçirilməsindən başlamaq, əslində nəzəri cəhətdən doğru addım idi. Yerli əhalinin mədəniyyətinə, dininə, dilinə təsir edə bilmək üçün buraya kütləvi şəkildə rusların, xüsusən də ermənilərin köçürülməsi başlanıldı.

Açar sözlər: Rus imperiyası, Cənubi Qafqaz, Azərbaycan ərazisi, köçürmə siyasəti, münaqişə­lərin təşkil olunması.



YÜKLƏ [195.69 Kb]
Baxış: 6
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]