ELMİN MƏMMƏDLİ
AMEA Tarix və Etnologiya İnstitutunun doktorantı
MEHRANİLƏR SÜLALƏSİ DÖVRÜNDƏ
QAFQAZ ALBANİYASININ DİPLOMATİK ƏLAQƏLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/111/17-22
Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630-705) Sasani, Ərəb xilafəti, Bizans və Xəzər xaqanlığının hərbi-strateji və iqtisadi maraqlarının kəsişmə nöqtəsində yerləşən Albaniya dövlətinin olduqca mürəkkəb tarixi mərhələlərindən birini təşkil edir. Təqdim olunan araşdırmada Qafqaz Albaniyası tarixinin ana qaynağı M. Kalankatuklunun “Albaniya tarixi”nin, həmçinin digər mənbə materialları və tarixi ədəbiyyatların məlumatları, müqayisəli təhlili əsasında Mehranilər sülaləsi dövründə Sasani, Bizans, Xəzər xaqanlığı və Ərəb Xilafəti ilə diplomatik münasibətlər problemi araşdırılmış, Albaniya hökmdarları, xüsusilə də Cavanşirin çevik diplomatik manevrlər siyasəti ön plana çıxarılmışdır.
Açar sözlər: Albaniya, diplomatik münasibətlər, Cavanşir, manevr siyasəti.
