NAZİM MƏMMƏDOV
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun
“Qarabağ müharibələri tarixi və Böyük qayıdış hərəkatı” şöbəsinin
baş elmi işçisi, tarix elmləri doktoru, dosent
Qubadlı Azərbaycanın qədim yaşayış məskənİdİr
DOI: https://doi.org/10.36719/2708-065X/111/5-11
Qubadlının zəngin təbiəti, heyvanlar və bitkilər aləmi, bulaqları və mağaraları qədim insanların yaşaması üçün olduqca əlverişli idi. Burada qədim insanların izləri qalmış mağaralar vardır. Belə yerlər qədim insanların həm sığınacaq, həm də yaşayış yeri olurdu. Mağaralar insanları yağışdan, küləkdən, soyuqdan, vəhşi heyvanların hücumundan qoruyurdu. İnsanlar ovladıqları heyvanları mağaralarda yeyir, topladıqları bitkilərlə qidalanırdılar.
Açar sözlər: Azərbaycan, Qarabağ, Qubadlı, qədim yaşayış məskəni, mağaralar, məbədlər, körpülər, qalalar.
