ÜLVİYYƏ HAQVERDİ
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının dosenti,
siyasi elmlər üzrə fəlsəfə doktoru,
ƏHALİNİN SİYAHIYAALINMASI PROBLEMİ: TARİX VƏ MÜASİRLİK
DOI: https://doi.org/10.36719/2708-065X/112/265-272
Tədqiqat əhalinin siyahıyaalınmasını dövlətin əhali haqqında sistemli, etibarlı və müqayisəolunan bilik istehsalı mexanizmi kimi nəzərdən keçirir və onun əlverişli demoqrafik şəraitin formalaşdırılması və idarə olunmasındakı rolunu nəzəri və empirik müstəvidə ümumiləşdirir. Məqalədə siyahıyaalma yalnız əhali sayının müəyyənləşdirilməsi kimi deyil, yaş-cins strukturu, ailə vəziyyəti, təhsil və məşğulluq göstəriciləri, peşə tərkibi, dil bilikləri, məskunlaşma formaları və miqrasiya vəziyyəti kimi əsas sosial-demoqrafik parametrlərin müəyyən edilmiş metodoloji prinsiplər əsasında qeydiyyata alınması prosesi kimi təqdim olunur. Nəticə etibarilə məqalə sübut edir ki, əhalinin siyahıyaalınması əlverişli demoqrafik şəraiti avtomatik yaradan mexanizm deyil, onu elmi əsaslarla oxumağa, proqnozlaşdırmağa və idarə etməyə imkan verən strateji sosial idarəetmə alətidir.
Açar sözlər: əhalinin siyahıyaalınması, demoqrafik siyasət, sosial statistika, reyestr əsaslı yanaşma, demoqrafik risklər.
