SONA MƏHƏRRƏMOVA

Sumqayıt Dövlət Universitetinin dosenti

ORCİD:0000-0002-7816-4916 

[email protected]

 

TARİXİN TƏDRİSİ PROSESİNDƏ İKT-DƏN İSTİFADƏ ETMƏ

BACARIQLARININ FORMALAŞDIRILMASI

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/247-250

 

Müasir təhsil sistemində informasiya və kommunikasiya texnologiyaları (İKT) tədris prosesinin mühüm və ayrılmaz tərkib hissəsinə çevrilmiş, tarix fənninin məzmununu və tədris metodlarını əhə­miyyətli dərəcədə dəyişdirmişdir. Məqalədə tarix təlimində İKT-nin rolu, təhsilalanlarda rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının formalaşdırılması, onların müasir pedaqoji yanaşmalarla inteqrasiyası və bu prosesdə meydana çıxan çətinliklər təhlil olunur. Göstərilir ki, İKT-nin tətbiqi tarixi biliklərin daha səmərəli mənimsənilməsinə şərait yaratmaqla yanaşı, tənqidi düşünmə, tədqiqat aparma və informasiyanın emalı bacarıqlarının inkişafına da töhfə verir. Xüsusi olaraq tarixi hadisə­lərin virtual mühitdə yenidən qurulması, interaktiv xəritə və simulyasiyalardan istifadənin şagirdlərin motivasiyasının artmasına və dərslərin vizual cəhətdən daha cəlbedici olmasına təsiri vurğulanır. Nəticə etibarilə, İKT-kompetensiyalarının formalaşdırılması tədris prosesinin keyfiyyətinin yüksəldil­məsində və inklüziv təhsil imkanlarının genişləndirilməsində əsas amillərdən biri kimi qiymətləndirilir, eyni zamanda bu sahədə mövcud pedaqoji və texnoloji məhdudiyyətlər qeyd olunur.

Açar sözlər: tarix tədrisi, İKT, interaktiv öyrənmə, bacarıq formalaşması, metod və strategiyalar.



YÜKLƏ [208.1 Kb]
Baxış: 67
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]