İRADƏ HÜSEYNOVA

Bakı Dövlət Universitetinin

Qafqaz xalqları tarixi kafedrasının müdiri,

tarix elmləri doktoru, professor

[email protected]

 

“QAFQAZ MÜASİR ÇAĞIRIŞLAR VƏ YENİ TƏHDİDLƏR ŞƏRAİTİNDƏ”

FƏNİNİN TƏDRİSİNƏ DAİR

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/238-246

 

Qafqaz regionu tarixən böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu, enerji və nəqliy­yat xətləri, etnik və dini müxtəliflik, eləcə də təhlükəsizlik problemlərinin cəmləşdiyi strateji məkan­dır. Məqalədə XXI əsrin yeni reallıqları fonunda Qafqazda regional münaqişələr, geosiyasi rəqabət, enerji və ekoloji təhlükəsizlik, kibertəhlükələr, informasiya müharibələri, insan alveri və terrorizm kimi çağırışlar sistemli yanaşma, tarixi-analitik, müqayisəli və geosiyasi metodlar əsasında təhlil olunur. Xüsusilə 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatı nəticəsində Azər­baycanın ərazi bütövlüyünün bərpası, Şuşa Bəyannaməsi, həmçinin Ermənistanla sülh sazişinin pa­raflanması Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasının əsas mərhələləri kimi qiymətləndirilir.

Məqalədə göstərilir ki, Qafqazda sabitliyin təmin olunması yalnız hərbi-siyasi amillərlə məh­dudlaşmır; bioetika, ekoloji təhlükəsizlik, sərhəd nəzarəti, insan alveri ilə mübarizə, eləcə də kiber­təhlükəsizlik regional təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycanın multikultu­ralizm modeli, balanslı xarici siyasəti və “Böyük Qayıdış” proqramı fonunda sosial-iqtisadi inkişaf, tolerantlıq və hüquq bərabərliyi separatizm meyillərinin qarşısını alan əsas dayaqlar kimi təqdim edilir. Nəticə etibarilə, Qafqazın gələcəyi əməkdaşlıq və qarşılıqlı etimad, çoxtərəfli diplomatik plat­formalar, həmçinin təhsil və elmin gənclərdə analitik düşüncə, milli-mənəvi dəyərlər və sülh mədə­niyyətinin formalaşdırılmasındakı rolundan birbaşa asılı hesab olunur.

Açar sözlər: Qafqaz regionu, geosiyasi maraqlar, regional təhlükəsizlik, münaqişələr, postmü­naqişə dövrü, multikulturalizm.



YÜKLƏ [313.95 Kb]
Baxış: 45
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]