SAMİRƏ RƏHİMOVA

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı

[email protected]

 

XIX ƏSRİN İLK SÜLSÜNDƏ

QARABAĞ ƏHALİSİNİN ETNİK MƏNZƏRƏSİNƏ DAİR

(QAFQAZ ARXEOQRAFİYA KOMİSSİYASI AKTLARININ MATERİALLARINDA)

 

Məqalədə Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarının ilk yeddi cildinin materialları əsa­sında XIX əsrin ilk sülsündə Qarabağın etnik mənzərəsi tədqiq olunur. QAKA-nın I-VII cildlərinin XIX əsrin ilk qərinəsində keçmiş Qarabağ xanlığının əhalisinə dair 1804-1830-cu illəri əhatə edən məlumatlarının tədqiqi Qarabağın rus işğalı dövründə etnik vəziyyətinin zamanla necə dəyişməsi ilə bağlı tam təsəvvür formalaşdırır. Məlum olur ki, Qarabağın xristian məliklərinin ərazisində erməni kimi təqdim edilən alban əhalisi ilə yanaşı tatar kimi təqdim edilən müsəlman əhali də var idi. Bütöv­lükdə isə Qarabağda qeydə alınan 12.000 ailədən, yəni təxminən 60.000 nəfər əhalidən cəmi 2500 nəfəri xristian idi və bu məlumat QAKA-nın 4-cü cildində öz əksini tapır. Digər tərəfdən isə 1805-ci ildən etibarən Qarabağa “daha etibarlı təbəə” kimi ermənilərin məskunlaşırılması faktı QAKA-nın tədqiq olunan cildlərində verilən sənədlərdə öz təsdiqin tapır. Xüsusilə də Rusiya ilə Qacarlar İranı arasında müharibə zamanı Qarabağdan yerli əhalinin Qacarlar İranına köçürülməsi və qaçmasının kütləvi xarakter alması Qarabağın etnik mənzərəsinin dəyişməsinə ciddi təsir göstərmişdir.

Açar sözlər: Qarabağ xanlığı, Qafqaz Arxeoqrafiya Komissiyasının aktları, Rusiya İmperiyası, xristian məliklər, köçürülmə.



YÜKLƏ [713.38 Kb]
Baxış: 58
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]