AYTƏN ƏSƏDOVA

Sumqayıt Dövlət Universiteti,

Tarix və coğrafiya fakültəsinin baş müəllimi

Orcid-0000-0002-5067-1393

[email protected]

 

TƏBRİZ ŞƏHƏRİNİN AĞQOYUNLU DÖVRÜNƏ AİD TARİXİ ABİDƏLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/205-209

 

Bu mövzuda Oğuz boylarından olan Bayandurlular-Ağqoyunlular dövrünə aid (XV-əsr) tarixi, memarlıq abidələri haqqında danışılır. Ağqoyunlu dövlətinin Türklərin və ən əsası Azərbaycanın döv­lətçilik tarixində xüsusi yeri var. Onuda qeyd etmək lazımdır ki, tarixdə böyük iz buraxan Ağqoyunlu dövlətinin tarixi tarixçilərin, səyyahların, coğrafiyaşunasların, tarixçi və arxeoloqların daim marağı­na səbəb olmuşdur. Araşdırdığımız mövzuda Ağqoyunlu dövlətinin tarixinin öyrənilməsi üçün əsas mənbə olan abidələr haqqında bəhs edilir. Ağqoyunlu dövrünə aid abidələrə Şərqi Anadoluda (Türki­yə), Təbrizdə (Cənubi Azərbaycan - hal-hazırda İran), Qərbi Azərbaycanda (indiki Ermənistan-tarixi Azərbaycan torpaqları) və Azərbaycan ərazisində də rast gəlinir. Bu mövzuda isə əsasən Ağqoyunlu dövlətinin paytaxt şəhəri olan Təbriz şəhərinin tarixi abidələri haqqında bəhs edilir. Bu abidələrin hamısında Türk-İslam mədəniyyətinin izlərini görmək mümkündür. Abidələr içində qəbir üstü qoç və at heykəllərinin daha çox üstünlük təşkil etməsinin səbəbi isə (Türklərin qədim dövrdən ənənəsi) türk mədəniyyətinin nişanəsidir.

Açar sözlər: Ağqoyunlu dövləti, Təbriz, şəhər, abidə, məscid, mədrəsə, saray.



YÜKLƏ [218.11 Kb]
Baxış: 73
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]