PAŞA HƏSƏNLİ

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, elmi işçi

[email protected]

 

NAXÇIVANIN QƏDİM ATÇILIQ TARİXİNƏ DAİR

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/198-204

 

Məqalədə Azərbaycanın ən qədim bölgələrindən biri olan Naxçıvan ərazisində atçılıq mədəniy­yətinin formalaşması və inkişaf mərhələləri araşdırılır. Tədqiqat nəticəsində aydın olur ki, Naxçıvan yalnız Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin atçılıq tarixinin öyrənilməsində mühüm və əvəz­siz mövqeyə malik olmuşdur. Qeyd edilir ki, Naxçıvan ərazisi qədim dünyanın cins atçılıq ənənələri­nə sahib olan və ilk süvari qoşun növlərini formalaşdırmış dövlətlərin yerləşdiyi, eləcə də onların si­yasi-mədəni təsir dairələrinin kəsişdiyi strateji məkanda mövcud olmuşdur.

Bununla yanaşı, İkiçayarası və Ön Asiya sivilizasiyalarına atçılıq ənənələrinin daxil olduğu əsas yolların bilavasitə Azərbaycan, xüsusilə də Naxçıvan ərazisindən keçməsi xüsusi vurğulanır. Bu amillərə əsaslanaraq müəllif, dünyanın ən qədim atçılıq mədəniyyətinin təşəkkülündə Naxçıvanın ro­lunu etibarlı yazılı və arxeoloji mənbələr əsasında əsaslandırır. Eyni zamanda göstərilir ki, Avrasiya çöllərində formalaşmış atçılıq ənənələri və hərbi-taktiki süvari mədəniyyəti Naxçıvan vasitəsilə Ön Asiya və Yaxın Şərqin qədim dövlətlərinə və cəmiyyətlərinə ötürülmüş, bu təsir prosesi orta əsrlər boyunca davam etmiş və bölgədə özünəməxsus inkişaf mərhələsinə yüksəlmişdir.

Açar sözlər: Yaxın Şərq, Naxçıvan, atçılıq, II Sarqon, Urartu, Manna, iskitlər, Atabəylər dövləti, Səfəvi- Qacar atcılığı.



YÜKLƏ [232.13 Kb]
Baxış: 36
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]