NƏRGİZ AXUNDOVA

AMEA Arxeologiya və Antropologiya İnstitutu

nargizaxundova80@gmail.com

 

ORTA VƏ SON TUNC DÖVRÜNDƏ QƏDİM YAŞAYIŞ YERLƏRİ

VƏ DƏFN ABİDƏLƏRİNİN TİPOLOJİ XÜSUSİYYƏTLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/192-197

 

Bu məqalədə Orta və Son Tunc dövrlərində Qafqaz, xüsusilə Azərbaycan ərazisində formalaşmış yaşayış məskənlərinin və dəfn abidələrinin tipoloji xüsusiyyətləri araşdırılır, arxeoloji materiallar əsa­sında məskunlaşma formalarının sosial-iqtisadi və ideoloji aspektləri təhlil olunur. Müəyyən edilmişdir ki, açıq tipli yaşayış yerləri əsasən əkinçilik və maldarlıqla məşğul olan icmalar üçün xarakterik olmuş, qala tipli məskənlər isə müdafiə və inzibati funksiyalar daşımışdır. Dəfn abidələri – kurqanlar, torpaq qəbirləri və daş qutu qəbirləri – cəmiyyətin sosial təbəqələşməsini, dini inanclarını və dünyagörüşünü əks etdirir. Araşdırma göstərir ki, yaşayış məskənləri ilə dəfn ənənələri arasında sıx qarşılıqlı əlaqə mövcuddur və bu əlaqə Orta və Son Tunc dövrü cəmiyyətlərinin strukturunu anlamaqda mühüm əhə­miyyət daşıyır.

Açar sözlər: Orta Tunc dövrü, Son Tunc dövrü, yaşayış məskənləri, dəfn abidələri, arxeologiya, sosial struktur.



YÜKLƏ [251.78 Kb]
Baxış: 36
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]