RAZİYƏ HACIYEVA

NDU-nun Azərbaycan tarixi kafedrasının II kurs magistrantı 

[email protected]

 

İNGİLİSLƏRİN NAXÇIVANDA GENERAL-QUBERNATORLUQ

YARATMAQ CƏHDLƏRİ VƏ NƏTİCƏSİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/183-187

 

Bu məqalədə Birinci Dünya müharibəsindən sonrakı siyasi vəziyyət fonunda İngiltərənin Nax­çıvan bölgəsində general-qubernatorluq yaratmaq cəhdləri elmi şəkildə araşdırılır. Tədqiqatda ingi­lis hərbi-siyasi missiyasının bölgədə nüfuz qazanmaq və idarəetməni nəzarətə götürmək niyyətinə xidmət edən addımları təhlil edilir. Məqalədə həmin təşəbbüsün yerli azərbaycanlı əhali, regional siyasi qüvvələr və beynəlxalq dairələr tərəfindən necə qiymətləndirildiyi, göstərilən müqavimət və diplomatik maneələr səbəbilə uğursuzluğa düçar olduğu göstərilir. Araşdırmanın nəticəsi olaraq müəyyən edilir ki, İngiltərənin Naxçıvan üzərində general-qubernatorluq qurmaq planı bölgənin real siyasi-milli mənzərəsinə uyğun gəlmədiyi üçün həyata keçirilməmişdir.

Açar sözlər: Naxçıvan, İngilislər, general-qubernatorluq, Cənubi Qafqaz, geostrateji maraqlar.



YÜKLƏ [218.38 Kb]
Baxış: 183
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}