GÜLXANIM QARAYEVA
Bakı Dövlət Universiteti, Tarix fakültəsinin dosenti
ABBASİLƏR XİLAFƏTİ DÖVRÜNDƏ ELMİN İNKİŞAFI
Orta yüzilliklərdə еlm, mədəniyyət və tехnоlоgiyаnın təməli Abbasilər xilafəti dövründə qoyulmuşdur. Elmə münasibət islam dininin mahiyyətindən doğur, təsadüfi deyildir ki, Qurani-Kərimdə 700 dəfə elm sözü işlənmişdir. Abbasilərin hakimiyyətə gəlməsi Xilafət dövründə keyfiyyətcə yeni dövrün başlanğıcı oldu. Ərəblərlə yanaşı digər xalqlar, o cümlədən, türklər, farslar öz etnik qapalılığından çıxdılar, bərabərhü-quqlu müsəlmanlara çevrildilər, islam sivilizasiyasının formalaşması və zənginləşməsində mühüm rol oynadılar. VIII yüzillikdə bаşlаyаn - ХV yüzilliyə qədər dаvаm еdən “İslаmın Qızıl Əsri” və “İslаm İntibаhı” аdlаndırılаn bu dövrdə müsəlmаn аlimləri kəşfləri ilə bir çох sаhələrdə еlmin inkişаfınа öz töhfələrini vеrmiş və özlərindən sоnrа gələn аlimlərə yоl göstərmişlər.“Bеyt-ul-Hikmə”nin əsаsı xəlifə Məmun tərəfindən qоyulmuşdur. Ensiklopedik biliyə malik Xarəzmi bir sıra dəyərli əsərlərini məhz burada qələmə almışdır. Orta yüzilliklərdə müsəlman alimləri içərisində türk alimləri xüsusi yer tutur. Əbu Əli Sina, Xarəzmi, N.Tusi, əl-Fərqani, əl-Fərabi və s. elmin müxtəlif sahələrində tədqiqat aparmış və dəyərli əsərlər ərsəyə gətirmişlər.
Açar sözlər: ərəb dili, əl-Biruni, “Beytul-Hikmə”, Abbasilər xilafəti.