NADİR MİRZƏLİZADƏ

Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi,

Politologiya və sosiologiya kafedrasının “Siyasi nəzəriyyə” ixtisası üzrə doktorantı

ORCID ID: 0009-0008-5622-2151

[email protected]

 

GÜCÜN TRANSFORMASİYASI:

ABŞ, ÇİN VƏ RUSİYA KONTEKSTİNDƏ

SİYASİ HAKİMİYYƏTİN MÜQAYİSƏSİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/139-144

 

Bu məqalə müasir dövrdə güc və siyasi hakimiyyət anlayışının transformasiyasını analiz etməklə yanaşı, qlobal sistemin üç əsas aktoru Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası və Rusiyanın idarəetmə modellərini müqayisəli şəkildə təhlil edilir. Tədqiqatın əsas məqsədi 21-ci əsrdə gücün mul­tidimensial xarakterini göstərmək, sərt və yumşaq güc elementlərinin inteqrasiyası fonunda dövlətlərin strategiyalarının necə dəyişdiyini müəyyənləşdirməkdir. Bu kontekstdə üç böyük gücün tətbiq etdiyi modellərin nəzəri və praktiki xüsusiyyətlərini ortaya çıxarmaqdır. Metodoloji çərçivə müqayisəli təhlil, sistemli yanaşma, normativ-institusional, analiz və sintez əsasında qurulmuşdur. Məqalədə gü­cün klassik konsepsiyalarının məhdudluğu vurğulanır. İnformasiya cəmiyyətinin yüksəlişi, texnoloji inkişaf, qloballaşma və qeyri-dövlət aktorlarının artan rolu fonunda hakimiyyətin yeni formaları izah edilir.

Tədqiqatın gedişatında göstərilir ki, müasir siyasi sistemlər adaptiv eləcədə çoxölçülü güc mo­dellərinə əsaslanır. Birləşmiş Ştatlar liberal-demokratik institutları və beynəlxalq təşkilatlarda domi­nant mövqeyi ilə beynəlxalq normativ effekt yaradır. Çin Xalq Respublikası mərkəzləşdirilmiş idarə­etmə, “dövlət kapitalizmi” adlanan sistem üzərində qurulan iqtisadi-ekspansionist strategiya ilə yük­səlişini davam etdirir. Rusiya isə hərbi deterensiya, enerji diplomatiyası (qaz, neft) vasitəsilə regional və qlobal təsirini qorumağa çalışır. Müqayisə göstərir ki, bu üç model müasir güc arxitekturasının müxtəlif formalarını təmsil edir. Buda onların hər biri siyasi sistemlərin transformasiyasını anlamaq üçün mühüm analitik baza yaradır.

Tədqiqatda nəticə olaraq bildirilir ki, hakimiyyətin yeni modelləri gələcək tədqiqatlar üçün geniş nəzəri perspektivlər açır eləcədə qlobal siyasətin formalaşmasında həlledici rol oynayır.

Açar sözlər: Geosiyasi rəqabət, qlobal nizam, multidimensial güc, ABŞ-Çin-Rusiya müqayisəsi, qlobal siyasət, güc, hakimiyyət.



YÜKLƏ [232.62 Kb]
Baxış: 52
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]