ELGÜN İBRAHİMZADƏ

Qərbi Kaspi Universitetinin doktorantı

Orcid: 0009-0001-2881-4757

[email protected]

 

AZƏRBAYCAN VƏ TÜRKİYƏDƏ

PREZİDENT SEÇKİLƏRİ MODELİNİN MÜQAYİSƏSİ:

İKİMƏRHƏLƏLİLİK, SƏS ÇOXLUĞU VƏ İŞTİRAK TƏLƏBLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/130-138

 

Məqalə Azərbaycan və Türkiyədə prezident seçkilərinin hüquqi modelini müqayisəli şəkildə təh­lil edir. Araşdırma üç əsas istiqamətə fokuslanır: seçkilərin bir və ya iki turlu quruluşu, prezidentin seçilməsi üçün tələb olunan səs çoxluğu və namizədlik/iştirak tələbləri. Hər iki ölkədə prezident bir­başa ümumxalq səsverməsi, mütləq səs çoxluğu prinsipi və müəyyən müddət üçün seçilir, lakin səla­hiyyət müddəti, namizədlərin irəli sürülməsi və seçici iştirakının təşkili sahəsində fərqli hüquqi həllər tətbiq olunur. Məqalə bu oxşar və fərqli cəhətləri ümumiləşdirərək hər iki modelin legitimlik, siyasi sabitlik və seçki rəqabəti baxımından nəticələrini qısa şəkildə qiymətləndirir.

Açar sözlər: Azərbaycan, Türkiyə, prezident seçkiləri, ikimərhələli seçki sistemi, mütləq səs çoxluğu, namizədlik tələbləri, seçki iştirakçılığı, prezidentlik sistemi.



YÜKLƏ [235.9 Kb]
Baxış: 44
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]