PƏRVİN İBRAHİMOVA
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının doktorantı
ORCID 0009-0001-9300-8073
İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN SONRA
AZƏRBAYCAN-TÜRKİYƏ-PAKİSTAN ƏMƏKDAŞLIĞININ
YENİ MƏRHƏLƏSİ
DOI: https://doi.org/10.36719/2708-065X/112/109-115
Məqalədə İkinci Qarabağ müharibəsindən sonrakı dövrə aid, həm Azərbaycan, həm də bütövlükdə Cənubi Qafqaz regionu üçün əhəmiyyət kəsb edən müqavilələr, əməkdaşlıq layihələri təhlil olunur. 2020-2025-ci illər ərzində Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan münasibətləri nəzərdən keçirilir, həyata keçirilmiş və gələcəkdə planlaşdırılan ideyaların önəminə diqqət yetirilir. Dünya ölkələrinin əməkdaşlıq təcrübəsi kontekstindən Azərbaycan, Türkiyə və Pakistanın üçtərəfli münasibətlərinin gələcək perspektivləri proqnozlaşdırılır.
Açar sözlər: Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Pakistan İslam Respublikası, üçtərəfli əməkdaşlıq, nəqliyyat, ticarət, təhlükəsizlik.
