ALİYƏ HACIYEVA
Milli Azərbaycan Tarix Muzeyinin dissertantı,
Azərbaycan Universitetinin müəllimi
ORCID ID: 0009-0004-4972-6125
QARABAĞDA POSTKONFLİKT DÖVRÜNDƏ
REGİONAL İNKİŞAF STRATEGİYASI: BÖYÜK QAYIDIŞIN YOL XƏRİTƏSİ
DOI: https://doi.org/10.36719/2708-065X/112/102-108
Məqalədə II Qarabağ müharibəsindən sonra, bölgədəki vəziyyət və həyata keçirilən bərpa, yenidənqurma tədbirləri haqqında araşdırılma aparılmışdır. “Böyük Qayıdış” layihəsinin məğzi, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma tədbirlərinin ardıcıllığı barədə məsələlərə toxunulmuşdur. Müasir dövrdə bölgədə həyata keçirilən zəruri infrastruktur layihələrin bərpası, yeni sosial-iqtisadi infrastruktur layihələrin yaradılması, Qarabağın dayanaqlı inkişafını təmin edəcək və bölgənin Azərbaycan və dünya siyasi, iqtisadi, mədəni və turizm həyatına töhfə verəcək layihələri barədə araşdırılma aparılmışdır. Zəruri infrastruktur layihələrindən biri olan yolların çəkilməsi, xüsusilə “Zəfər yolu”nun tikintisi, “Yaşıl enerji” zonasının yaradılması, bölgədə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsi, bölgənin həm yerli, həm də beynəlxalq səviyyədə nəqliyyat infrastrukturunu genişləndirmək üçün həyata keçirilən Beynəlxlaq Hava Limanı layihələri: Füzuli, Zəngilan, Laçın layihələri haqqında ətraflı araşdırma aparılmışdır. İlkin mərhələdə bərpa və yenidənqurma prosesi zamanı bölgənin idarəetməsi məsələləri araşdırılmışdır.
Açar sözlər: II Qarabağ müharibəsi, Böyük Qayıdış, bərpa və yenidənqurma, infrastruktur layihələri, “Zəfər yolu”, “Ağıllı kənd”, “Ağıllı şəhər”, “Yaşıl enerji”.
