ŞAHISMAYIL İSMAYILOV
Azərbaycan Dillər Universiteti, Azərbaycan Universiteti,
Bakı Slavyan Universiteti, tarix üzrə fəlsəfə doktoru, dosent
ORCID: https://orcid.org/0000-0002-7441-3575
ismayılovsahismayı[email protected]
AZƏRBAYCAN–TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ
SOSİAL-MƏDƏNİ İNTEQRASİYA MƏSƏLƏLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/112/71-77
Bu məqalədə Azərbaycanın müstəqillik əldə etməsindən sonra Azərbaycan-Türkiyə münasibətlərində sosial-mədəni inteqrasiya prosesləri təhlil olunur. Tədqiqatın aparılmasının əsas məqsədi iki ölkə arasında tarixi, mədəni və mənəvi bağlılıqların müasir dövrdə hansı mexanizmlər vasitəsilə dərinləşdiyini və bunun regional əməkdaşlığa təsirini müəyyənləşdirməkdir. Araşdırmada tarixi-müqayisəli, sistemli yanaşma və mənbə təhlili metodlarından istifadə edilmişdir. Məqalədə dövlətlərarası sazişlər, təhsil və elm sahəsində əməkdaşlıq, aşıq sənəti, kino və turizm nümunələri əsasında sosial-mədəni inteqrasiyanın əsas istiqamətləri araşdırılmışdır. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, sosial-mədəni əlaqələr Azərbaycan–Türkiyə münasibətlərinin strateji xarakter almasının əsas dayaqlarından biridir və bu inteqrasiya yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə türk dünyasında mədəni birliyin möhkəmlənməsinə xidmət edir. Əldə olunan nəticələr göstərir ki, mədəni diplomatiya və humanitar əməkdaşlıq iki ölkə arasında uzunmüddətli və davamlı tərəfdaşlığın formalaşmasında həlledici rol oynayır.
Açar sözlər: Azərbaycan–Türkiyə münasibətləri, sosial-mədəni inteqrasiya, mədəni diplomatiya, təhsil və elm əməkdaşlığı, aşıq sənəti, kino və turizm.
