AYNUR ƏLİŞANOVA

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası

Dövlət Qulluğu və Kadr Siyasəti kafedrasının müəllimi

[email protected]

 

BEYNƏXLAQ HÜQUQ VƏ RƏQƏMSAL ANARXİYA:

BEYNƏLXALQ TƏŞKİLATLAR YENİ KİBER VƏ VİRTUAL KONFRLİKTLƏRƏ

NECƏ UYĞUNLAŞIR

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/61-65

 

Məqalənin məqsədi beynəlxalq hüququn yeni təhlükəsizlik mühitinə uyğunlaşmaqda qarşılaşdığı çətinlikləri araşdırmaqdır. Xüsusilə, məqalədə mövcud hüquqi sistemin yetərsiz qaldığı üç sahə təhlil edilir. İlk olaraq, Meta-məkanın yeni münaqişə sahəsi kimi meydana çıxması və virtual mühitləri, mər­kəzləşdirilməmiş platformaları və rəqəmsal identiklikləri tənzimləyən yurisdiksiya normalarının olma­ması. İkinci olaraq, rəqəmsal suverenlik və AI əsaslı hərbiləşmə, o cümlədən süni intellekt silahlarının yaratdığı problemlər və mövcud humanitar hüququn avtonom sistemləri tənzimləməkdə aciz qalması. Daha sonra isə beynəlxalq təşkilatların institusional reaksiyaları və artan kibertəhdidlərə cavabları, bu reaksiyaların məcburi qlobal normalar yaratmaqda məhdud imkanları. Bu təhlillərə əsaslanaraq məqalə əsas bir suala cavab axtarır: Kiberkonflikt və AI ilə gücləndirilmiş müharibə üçün xüsusi ha­zırlanmış yeni bir Cenevrə Konvensiyasına ehtiyac varmı?

Məqalədəki bölmələr kibər əməliyyatların yaratdığı konseptual və hüquqi çətinlikləri araşdırır, mövcud beynəlxalq tənzimləyici çərçivənin qeyri-birləşmiş və fragmentar xarakterini qiymətləndirir və hərtərəfli saziş modeli üçün mövcud təklifləri təhlil edir. Hüquqi təhlilləri müasir kibertəhlükəsizlik sahəsindəki elmi araşdırmalarla birləşdirərək, məqalə iddia edir ki, mövcud beynəlxalq sistem rəqəm­sal münaqişəni idarə etmək üçün kifayət qədər təchiz olunmayıb. Nəticə olaraq vurğulanır ki, Cenevrə Konvensiyasının hazırlanması bir müddət qlobal sabitliyi qorumaq və rəqəmsal dövrdə mülki şəxslərin müdafiəsini təmin etmək baxımından zəruri ola bilər, lakin, bunun effektivliyi sual altındadır.

Açar sözlər: Kiber müharibə, Rəqəmsal anarxiya, Beynəlxalq hüquq, Meta-məkan, Rəqəmsal suverenlik, Virtual konfliktlər, Cenevrə Konvensiyaları.

 



YÜKLƏ [237.47 Kb]
Baxış: 41
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]