TALEH CƏFƏROV
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının
dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə)
kafedrasının elmlər doktoru proqramı üzrə qiyabi doktorantı
https://orcid.org/0009-0005-4833-0679
QƏRBİ AVROPA ÖLKƏLƏRİNDƏ AZƏRBAYCAN DİASPORUNUN
YARANMASI VƏ İNKİŞAFI TARİXİNDƏN
DOI: https://doi.org/10.36719/2708-065X/112/53-60
Azərbaycan diasporunun effektiv fəaliyyət göstərdiyi və təşkilatlandiyi mühüm regionlardan biri Qərbi Avropa regionudur. Bunun başlıca səbəbi burada demokratik mühütün yüksək olması, söz və mətbuat azadlığına heç bir məhdudiyyətin qoyulmamasıdır. Buna əsas götürən Azərbaycan diasporu həmin ölkələrin siyasi qurumları ilə əlaqələrini genişləndirir, qanunverici orqanlarda fəaliyyətini genişləndirir, lobbiçilik institunu təkmilləşdirir, özünün haqq səsinin eşidilməsi üçün güclü lobbistlərlə əməkdaşlığı dərinləşdirir. Məhz bunun nəticəsidir ki, Avropada Azərbaycanın haqq mübarizəsinə Avropadan dəstək xarakterli çıxışlar gəlməkdədir. Azərbaycan diasporu Avropadakı türk diasporunun gücündən güc almaqdadır. İki qardaş diaspor təşkilatları gücünü birləşdirərək Avropanın siyasi məkanında vahid güc kimi iştirak edirlər.
Açar sözlər: Qərbi Avropa ölkələri, Azərbaycan diasporu, icma, Azərbaycan lobbisi.
