MAHİR QƏRİBOV

Tarix üzrə fəlsəfə doktoru,

Bakı Dövlət Universiteti,

Milli Mətbuat tarixi kafedrasının doktorantı

https://orcid.org/0009-0002-8183-5802

[email protected]

 

ƏHMƏD AĞAOĞLUNUN “SON POSTA” QƏZETİNDƏKİ YAZILARI

VƏ MİLLİ-İDEOLOJİ GÖRÜŞLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/25-30

 

Türk dünyasının böyük mütəfəkkirlərindən olan Əhməd Ağaoğlu XIX əsrin sonu, XX əsrin əv­vəllərində özünün bilik və bacarığı, ideya və görüşləri, mətbuat sahəsində xidmətləri ilə seçilən ziya­lılardan olub. O, təqib və təzyiqlər səbəbiylə İstanbula gedəndə coğrafi baxımdan yerini dəyişsə də, ideya olaraq mübarizəsindən əl çəkmədi. Türklüyün inkişafı üçün açılmış bir çox cəmiyyətlərin quru­cu üzvü oldu. “Hikmət”, “Sırat-ı Müstakim”, “Tercüman-ı Hakikat, “Türk Yurdu” kimi mətbu or­qanlarda məqalələr yazdı. Bu məqalədə XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin ictimai-siya­si həyatında mühüm rol oynamış “Son Posta” qəzetində Əhməd Ağaoğlunun publisistik fəaliyyəti araşdırılır. 1930-1931-ci illəri əhatə edən bu yazılar Ağaoğlunun demokratik idarəçilik, milli iradə, siyasi məsuliyyət və çoxpartiyalı sistemə dair baxışlarını əks etdirir. Məqalədə “Son Posta” qəzeti­nin yaranma tarixi, ideya istiqaməti, redaksiya heyəti və Cümhuriyyət dövrü mətbuatındakı yeri təhlil olunur. Eyni zamanda, Ağaoğlunun Sərbəst Cümhuriyyət Firqəsi dövründə qələmə aldığı məqalələr kontekstual şəkildə qiymətləndirilir və onların Türkiyədə siyasi publisistikanın inkişafına verdiyi töhfələr elmi baxımdan dəyərləndirilir.

Açar sözlər: Son Posta qəzeti, siyasi publisistika, Cümhuriyyət dövrü, milli iradə, Sərbəst Fırka.



YÜKLƏ [229.52 Kb]
Baxış: 40
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]