SAMİR İSMAYILOV
Bakı Dövlət Universitetinin dosenti, t.ü.f.d.
Tarix fakültəsi Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi
QƏRBİ AZƏRBAYCANDA İBTİDAİ MƏKTƏBLƏRİN TARİXİNDƏN
(XIX ƏSRİN II YARISI - XX ƏSRİN ƏVVƏLLƏRİ)
DOI: https://doi.org/10.36719/2708-065X/112/21-24
Bəhs olunan məqalədə Qərbi Azərbaycan torpaqları, bugünkü Ermənistan ərazisində XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində açılmış dünyəvi məktəblər şəbəkəsinin bir qolu olan ibtidai məktəblərin tarixi araşdırılmışdır. Aparılan araşdırmalardan aydın olur ki, Azərbaycan əraziləri Qacarlar imperiyası və Rusiya arasında iki hissəyə parçalandıqdan sonra Şimali Azərbaycanda Rusiya imperiyasının müstəmləkə əsarət rejimi hökm sürürdü. Bununla belə, XIX əsrin birinci yarısından başlayaraq Şimali Azərbaycanın maarif mühiti tədricən inkişaf yoluna qədəm qoydu. Azərbaycanda dünyəvi məktəblər şəbəkəsi açıldı. Bununla bağlı olaraq əvvəlcə qanunvericilik bazası qəbul olundu, sonra isə məktəblər açıldı. Bu məktəblərin bir qismi isə Şimali Azərbaycanın İrəvan quberniyasının ərazilərində açılmışdı. Məqalədə bütün bunlar dövrün mənbələri və tarixi ədəbiyyat əsasında araşdırılaraq, obyektiv baxış ortaya qoyulmuşdur.
Açar sözlər: Qərbi Azərbaycan, İrəvan, ibtidai məktəblər, tədris, maarif.
