HÜSEYİN ALTINALAN

TC Azərbaycandakı səfirliyinin mətbuat müşaviri,

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin qiyabi doktorantı

[email protected]

 

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA İNFORMASİYA MÜHARİBƏSİ: AZƏRBAYCANDA MEDİANIN İNKİŞAFINDA ÜMUMMİLLİ LİDER

HEYDƏR ƏLİYEVİN ROLU

 

1988-ci ildə Ermənistan tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq ərazi iddiaları və etnik təxribatları ilə başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azər­baycana hərbi hücumu ilə nəticələndi. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənis­tan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçdilər. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılmasından sonra Ermənistanın Dağlıq Qarabağa iddia etməsi ilə diplomatik yollarla həlli müm­kün olmayan problem ortaya çıxdı. Mübahisələr münaqişələrə, münaqişələr isə müharibələrə çevril­di. Ermənilərin bölgədə törətdikləri qırğınlardan sonra bir milyondan çox Azərbaycan türkü öz evlə­rini və yurdlarını tərk etmək məcburiyyətində qaldı. Beynəlxalq səylər nəticəsində atəşkəslə başa ça­tan 1-ci Qarabağ müharibəsi ilə Ermənistan Dağlıq Qarabağla yanaşı, ətrafdakı 7 rayonu da işğal etdi. Ermənilər bu müddət ərzində media vasitəsilə törətdikləri qırğınları gizlətməklə yanaşı, Azər­baycanı öz xalqını qətlə yetirməkdə ittiham etdilər, işğalı qanuniləşdirmək üçün də hər cür üsula əl atırdılar. Bu dövrdə Azərbaycanda media gücünün olmamasından istifadə edərək öz tezis və “həqi­qətlərini” beynəlxalq ictimaiyyətə çatdıran ermənilər hərbi-siyasi sahədə olduğu kimi informasiya cəbhəsində də uğur qazandılar. Lakin 2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatan Vətən Mü­haribəsində Türkiyənin də verdiyi media dəstəyi ilə hərbi cinayətlərini gizlədə bilmədilər. Bu araş­dırmada Birinci Qarabağ müharibəsində ermənipərəst medianın münasibəti və mövqeyi, həm də Azərbaycanın imkanları müzakirə olunacaq. Bundan əlavə, Vətən müharibəsi zamanı Ermənistanın dezinformasiya səyləri və nəticələri nümunələrlə izah ediləcək.

Açar sözlər: Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, informasiya müharibəsi, Heydər Əliyev, sosial media, I Qarabağ müharibəsi, II Qarabağ mübaribəsi.



YÜKLƏ [691.76 Kb]
Baxış: 60
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]