ŞƏFA ƏBDÜRRƏHİMOVA
Azərbaycan Dillər Universiteti
Qərb ölkələri üzrə regionşünaslıq kafedrası, baş müəllim
FRANSADA MÜTLƏQİYYƏTİN FORMALAŞMASI
VƏ DİNİ MÜNAQİŞƏLƏR (1515–1589)
DOI: https://doi.org/10.36719/2708-065X/112/15-20
Məqalə XVI əsrdə Fransanın siyasi, dini, iqtisadi və mədəni həyatında baş vermiş mühüm prosesləri araşdırır. Məqalədə I Fransua dövründə mütləqiyyətin inkişafı və Fransanın V Karl ilə apardığı müharibələr, eləcə də ölkədəki iqtisadi canlanma və ticarət mərkəzlərinin yüksəlişi təhlil olunur. İntibah dövründə ədəbiyyatın canlanması və humanizmin yayılması, həmçinin Reformasiya hərəkatının Fransada ortaya çıxması və hügenotların fəaliyyətinə diqqət edilir. II Henri dövründə Habsburqlarla bağlanmış sülh və Fransanın Avropadakı mövqeyi, II Fransua və IX Karlın hakimiyyəti dövründə baş vermiş Müqəddəs Varfolomey qırğını, eləcə də III Henri və Katolik Liqası ilə mübarizə kimi hadisələr siyasi və dini qarşıdurmaları əks etdirir. Məqalə XVI əsr Fransasında hakimiyyətin güclənməsi, dini münaqişələr, sosial-iqtisadi inkişaf və mədəni yüksəlişin bir-biri ilə qarşılıqlı təsirini göstərir, ölkənin tarixi inkişaf xəttini ümumi kontekstdə təqdim edir.
Açar sözlər: XVI əsr Fransası, I Fransua, mütləqiyyət, İntibah, humanizm, Reformasiya, II Henri, Müqəddəs Varfolomey qırğını, III Henri, Katolik Liqası.
