MEHPARƏ TAJDEHİBONAB

Azərbaycan Dillər Universiteti

Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi

[email protected]

 

POLŞADA İNTİBAH DÖVRÜ MƏDƏNİYYƏTİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/9-14

 

Polşada, daha sonra Litva, Belarus və Ukrayna torpaqlarının da daxil olduğu Reç Pospolitada İntibah dövrü ölkənin mədəniyyət tarixində, “qızıl dövr” kimi adlandırılır. İtaliya ilə sıx əlaqələr sa­yəsində Polşa olduqca erkən (XV əsrin ortalarından) güclü, yeni, mədəni impulsu hiss etməyə başla­dı. Macar-xorvat mədəni və siyasi dairələri vasitəsilə Polşaya nüfuz edən italyan mədəni oriyentasi­yası Polşaya yeni mədəniyyət növünü digər Mərkəzi Avropa ölkələrinə nisbətən daha adekvat qavra­mağa imkan verdi. Əlbəttə ki, bu da Polşa İntibah mədəniyyətinin çiçəklənməsinə töhfə verdi. İntibah dövrü Polşa mədəniyyəti milli mədəniyyətin sonrakı çoxəsrlik inkişafı üçün əsas oldu, gələcək nəsil­lərin orientasiyasına xidmət edən davamlı, dəyişməz nümunələr yaratdı. Əlbəttə ki, burada italyan mədəniyyəti, XV əsrin ortalarında Polşa mədəniyyətinin özündə də yüksəlişin olması, yeniliyə açıq olması ilə kök sala bildi. XIV-XV əsrlərdə Polşanın tarixi inkişafı ilə sıx bağlı olduğu çex və alman mədəniyyətlərinin ən güclü təsiri, son qotik tipli mədəniyyət sferasında qaldı. Bu məqalədə Polşaya nüfuz edən italyan mədəni ariyentasiyası haqqında geniş şəkildə bəhs olunur.

Açar sözlər: İntibah mədəniyyəti, italyan memarlar, Polşa mədəniyyəti.



YÜKLƏ [232.72 Kb]
Baxış: 51
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]