ZƏHRA İSLAMOVA
tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin müəllimi
https://orcid.org/0000-0002-9530-4263
VƏQF ƏMLAKININ HÜQUQİ SƏNƏDLƏŞMƏSİ:
ASNAQARAN KƏNDİNİN BABAGİL MƏQBƏRƏSİNƏ VƏQFİ NÜMUNƏSİNDƏ
DOI: https://doi.org/10.36719/2708-065X/112/5-8
Bu məqalə orta əsrlərdə Azərbaycanda vəqf əmlakının sənədləşməsi və vəqfnamələrin hüquqi-funksional mahiyyəti barədədir. Tədqiqatda vəqfnamələrin formalaşma prinsipləri, yazı üslubu, struktur elementləri və şəriət hüququ ilə əlaqəsi araşdırılır. Asnaqaran kəndinin Babagil məqbərəsinə vəqf edilməsi haqqında təsdiqnamə nümunəsi əsasında vəqfnamələrin necə tərtib olunduğu, sərhəd təsvirləri, vəqf şərtləri, mütəvəllilik sistemi və hüquqi legitimləşmə prosesi təhlil edilir. Məqalə göstərir ki, vəqfnamələr yalnız dini sənəd deyil, həm də sosial münasibətləri tənzimləyən, mülkiyyətin qorunmasını təmin edən mühüm hüquqi institut olmuşdur.
Açar sözlər: Səfəvilər, Azərbaycan, vəqf, vəqfnamə, mütəvəlli, şəriət hüququ.
