ŞÖVQİ GÖYÇAYSKİ
Bakı Dövlət Universitetinin professoru,
Coğrafiya elmləri doktoru
ZƏHMƏTKEŞ ALIM, QAYĞIKEŞ MÜƏLLIM,
DƏYƏRLI ZIYALI: SABİR KƏRİMOV - 100
DOI: https://doi.org/10.36719/2708-065X/113/289-291
Keçmiş nəsillərin yaratdığı maddi mədəniyyət abidələri, ənənələr, muğamlarımız, milli ornamentlərimiz, xalq mahnılarımız, təbii nemətlərimiz və sərvətlərimiz, milli mətbəximiz və s. öyrənilir və qorunur. Göstərilənlərin bir çoxunu yaşadan insanlar, onların təcrübələri, əmək vərdişləri, vətənpərvərliyi, dözümlüyü, ruhaniliyi aparıcı rola malik olmuşdur. Belə insanları yada salmaq, onun keçmişindən bəhs etmək özü də bir mənəvi borcdur.
Zaman amansız olsa da, bəzi insanlar öz əməlləri və şəxsiyyətləri ilə ona qalib gəlməyi bacarırlar. Bu il Azərbaycanın görkəmli tarixçi alimi, təhsil fədaisi, şərəfli ömür yolu keçmiş Sabir Mülküm oğlu Kərimovun anadan olmasının 100 illiyi qeyd olunur....

