ORUC QULİYEV
tarix üzrə fəlsəfə doktoru
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Rəqəmsallaşma,
innovasiya və elektron xidmətlər üzrə direktor müavini
BİR ƏSRİN İZİ İLƏ: AMEA MƏRKƏZİ ELMİ KİTABXANA – 100
DOI: https://doi.org/10.36719/2708-065X/113/281-288
Məqalə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yüzillik inkişaf tarixini, elmi-informasiya mühitində tutduğu mövqeni və rəqəmsal transformasiya proseslərini sistemli şəkildə əks etdirir. Məqalədə kitabxananın formalaşma mərhələləri, struktur quruluşu və ənənəvi fondlarla yanaşı rəqəmsal resursların yaradılması və idarə olunması təhlil olunur. Dövlət səviyyəsində kitabxana işinin inkişafına göstərilən diqqət, Ulu Öndər Heydər Əliyevin milli-mədəni irsin qorunması və kitabxanaların strateji əhəmiyyətinin artırılması istiqamətində formalaşdırdığı siyasət, Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə rəqəmsallaşma, elektron kitabxana sistemlərinin qurulması və innovativ layihələrin həyata keçirilməsi məqalədə xüsusi vurğulanır. MEK-də elektron kataloqun formalaşdırılması, nadir və qiymətli nəşrlərin rəqəmsallaşdırılması, elektron kitabxana və uzaqdan xidmət modellərinin tətbiqi, beynəlxalq elmi məlumat bazalarına inteqrasiya kitabxananın fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Bununla yanaşı, innovativ elektron xidmətlərin tətbiqi, onlayn oxucu xidmətləri və elmi resurslara operativ çıxış imkanları MEK-in müasir rəqəmsal elmi-informasiya mərkəzi kimi mövqeyini möhkəmləndirmişdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə rəqəmsal layihələrin icrası, xarici tərəfdaşlarla məlumat mübadiləsi və və s. kitabxananın qlobal elmi məkanla inteqrasiyasını təmin edən əsas amillər kimi təqdim olunur.
Açar sözlər: AMEA Mərkəzi Elmi Kitabxana; rəqəmsallaşma; elektron kitabxana xidmətləri; dövlət kitabxana siyasəti; beynəlxalq əməkdaşlıq; innovativ layihələr.
