AYDIN MƏMMƏDOV
Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və
metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
aydin.mmmdov.67@ mail.ru
TƏDQİQAT ANALİTİKASININ AKTUAL MƏSƏLƏLƏRİNƏ DAİR
DOI: https://doi.org/10.36719/2708-065X/113/263-274
Məqalədə tarix elmi kontekstində tədqiqat analitikasının aktual məsələləri təhlil edilir. Tarix elmində analitik işin metodoloji əsasları, səbəb-nəticə təhlilinin xüsusiyyətləri, fakt və şərh arasındakı əlaqə və tarixi proseslərin yenidən qurulmasında konseptual modellərin rolu araşdırılır. Tarixi biliklərin obyektivliyinə, tədqiqatçı mövqeyinin təsirinə, rəqəmsallaşma, mənbə bazasının genişləndirilməsi kontekstində analitik vasitələrin transformasiyasına diqqət yetirilir. Məqalədə ənənəvi tarixi tədqiqat metodlarını müasir analitik strategiyalarla birləşdirən elmlərarası yanaşmanın zəruriliyi əsaslandırılır. Tədqiqat analitikasının tarixi proseslərin qanunauyğunluqlarının daha dərindən başa düşülməsinə və keçmişin şərhinin elmi əsaslandırılmasına mühüm töhfə verməsi qənaətinə gəlinir. Məqalə tədqiqatın analitikası sahəsində Azərbaycan tarixşünaslığında ilk elmi məqalədir.
Açar sözlər: tədqiqat analitikası, tarixi proses, səbəb-nəticə təhlili, tarixi biliyin obyektivliyi, tarix fəlsəfəsi, elmlərarası yanaşma, analitik metodlar.
