GÜLŞƏN HÜSEYNOVA
tarix üzrə fəlsəfə doktoru.
Azərbaycan Hərb tarixi muzeyində şöbə rəisi
AZƏRBAYCAN HƏRB TARİXİ MUZEYİ –
SİLAH VƏ TEXNİKALARDA YAŞAYAN TARİX
DOI: https://doi.org/10.36719/2708-065X/113/251-257
Məqalədə Azərbaycan Hərb tarixi muzeyinin yaradılması və inkişaf tarixi, onun silah kolleksiyası, Açıq və daxili ekspozisiyalarda nümayiş etdirilən qədim tarixə malik texnika və silah nümunələri haqqında məlumatlar mötəbər mənbə və ədəbiyyatlar əsasında təhlil olunmuşdur. Azərbaycan Hərb tarixi muzeyi yalnız eksponatlarla dolu sərgi salonu deyil, həm də xalqımızın döyüş ruhunu, qələbə əzmini nümayiş etdirən bir tərbiyə ocağıdır. Burada nümayiş olunan silah və hərbi texnikaların hər biri bir dövrün, bir müharibənin, bir qəhrəmanlıq tarixinin canlı şahidləridir. Bu gün muzeyin hər iki ekspozisiyasında eksponat kimi sərgilənən bu maddi mədəniyyət abidələri vaxtilə düşmənə qarşı səngərlərdə vuruşan əsgərlərimizin silahdaşları olmuşdur. Onlar bir növ canlı tarix kimi tamaşaçılarla "danışırlar".
Açar sözlər: Azərbaycan Hərb tarixi muzeyi, daxili ekspozisiya, açıq səma altında ekspozisiya, silah kolleksiyası, soyuq silahlar, odlu silahlar, texnikalar.
