ELNARƏ RƏHİMLİ

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı

ORCİD ID: 0009-0001-4928-3326

[email protected]

 

MÜASİR MÜNAQİŞƏLƏRDƏ ETNİK VƏ DİNİ AMİLLƏRİN

QARŞILIQLI ƏLAQƏSİ: NƏZƏRİ YANAŞMALAR

 

DOI: https://doi.org/10.36719/2708-065X/113/215-220

 

Məqalədə müasir beynəlxalq münasibətlərdə beynəlxalq təhlükəsizlik sistemini tamamilə dəyişən və ona təsir göstərən münaqişələrdən, xüsusilə etnodini konfliktlərin mahiyyətindən bəhs edilir. Bura­da etnik kimliyin və dini mənsubiyyətin bir-biri ilə əlaqəsi, bu qarşılıqlı münasibətlərin münaqişələrin eskalasiya və davam etməsinə, eyni zamanda başqa şəkil almasına təsirləri nəzəri əsasda təhlil edil­mişdir. Məqalədə müasir münaqişələrlə bağlı üç əsas paraqdiqma – primordializm, instrumentalizm və konstruktivizm aspektindən etnodini amillərin qarşılıqlı əlaqəsi araşdırılır. Primordialist nəzəriyyə baxımından təhlil zamanı münaqişələrin baş verməsinin əsasında kimlik amillərinin dayanması müd­dəası nəzərdən keçirilir. İnstrumentalizm aspektindən təhlil aparılan zaman dini və etnik mənsubiyyə­tin elitalar tərəfindən istifadə olunması resurslara nəzarət vasitəsi kimi araşdırılmışdır. Konstruktivist yanaşmada münaqişələrin əsas səbəblərinə kimlik faktorunun dayanması, dost və düşmən kimliklərinin formalaşması kimi məsələlərin təsir etməsi göstərilmişdir. Məqalədə “Sivilizasiyaların toqquşması”, din və münaqişə nəzəriyyələrinin münaqişələrin meydana gəlmə səbəbləri ilə bağlı əsas müddəaları da öz əksini tapmışdır. Müəllif belə bir nəticəyə gəlir ki, müasir münaqişələrin həll edilməsi üçün siyasi və iqtisadi vasitələr kifayət etmir, bunun üçün tərəflərin etnik-dini qavrayışları və kimliklə bağlı yaşa­nan hadisələri, tarixi prosesləri nəzəri alan yanaşmaların meydana gəlməsi zəruridir.

Açar sözlər: etnodini münaqişə, primordializm, instumentalizm, konstruktivizm, kimlik, dini amil, sivilizasiyalar, nəzəriyyələr.



YÜKLƏ [224.65 Kb]
Baxış: 1
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}