KAMİL MİRİYEV
Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun doktorantı
Orcid İD: 0009-0003-8335-9106
ABŞ-IN ORTA ŞƏRQ SİYASƏTİNDƏ TRANSFORMASİYA:
REALİST VƏ KONSTRUKTİVİST YANAŞMALARIN SİNTEZİ KONTEKSTİNDƏ
REGİONAL SABİTLİK MODELLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/113/184-190
Bu məqalədə ABŞ-ın Orta Şərq siyasətində son onilliklər ərzində baş verən transformasiyalar beynəlxalq münasibətlər nəzəriyyələri – realizm və konstruktivizm çərçivəsində təhlil edilir. Araşdırmada göstərilir ki, ABŞ siyasəti təkcə güc balansına əsaslanmır, həm də normativ dəyərlərin, sosial identikliyin və ideoloji təsirin formalaşdırılması ilə xarakterizə olunur. Realizm ABŞ-ın regional maraqlarının qorunmasını və hərbi-strateji balansı təmin etməyi əsaslandırarkən, konstruktivizm bu siyasətin dəyərlər və normativ elementlər vasitəsilə legitimləşdirilməsini izah edir. Məqalədə bu iki paradiqmanın sintezi nəticəsində ABŞ-ın “transformativ sabitlik modeli” adlandırılan yeni yanaşmasının formalaşdığı elmi əsaslarla göstərilir.
Açar sözlər: ABŞ siyasəti, Orta Şərq, realizm, konstruktivizm, sabitlik modeli, beynəlxalq münasibətlər, ideoloji təsir, transformasiya.
