SƏBUHİ QULİYEV
Bakı Dövlət Universiteti, Avropa və Amerika ölkələrinin
yeni və müasir tarixi kafedrasının doktorantı
MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN
44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNƏ REAKSİYASI
DOI: https://doi.org/10.36719/2708-065X/113/180-183
Mərkəzi Asiya ölkələri müharibəyə əsasən ehtiyatlı və balanslı yanaşdılar. Qazaxıstan və Qırğızıstan KTMT öhdəliklərinə görə rəsmi neytral mövqe saxladılar. Türkmənistan tam neytrallıq nümayiş etdirərək yalnız sabitlik çağırışları etdi. Özbəkistan isə balanslı şəkildə Azərbaycanın ərazi bütövlüyü prinsipini ön plana çıxardı. Bütün ölkələr münaqişənin diplomatik yolla həll olunmasını dəstəklədilər. 10 noyabr razılaşmasından sonra isə Azərbaycanla münasibətlərini daha da genişləndirməyə yönəldilər.
Açar sözlər: Azərbaycan, Qarabağ, Cənubi Qafqaz, Türk Şurası, Bişkek.
