GÜNEL YUSİFOVA

Bakı Dövlət Universitetinin doktorantı

ORCID: 0009-0004-5226-0514

[email protected]


ASİYA ÖLKƏLƏRİ İLƏ AZƏRBAYCAN SSR ARASINDA

İNCƏSƏNƏT ƏLAQƏLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/113/160-165

 

1970-1980-ci illərdə beynəlxalq münasibətlər tarixində mədəni diplomatiyanın xüsusi çəkisinin artdığı bir mərhələ kimi xarakterizə olunur. Soyuq müharibə şəraitində ölkələr siyasi və ideoloji ma­raqlarını hərbi və iqtisadi əlaqələrlə deyil, mədəni əməkdaşlıqlar vasitəsilə də genişləndirməyə çalışır­dılar. Buna görə də Asiya ölkələri Hindistan, İran, Pakistan, Əfqanıstan ilə Azərbaycan SSR arasında formalaşan mədəni əlaqələr beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan SSR müstəqil xarici siyasət yürütmək imkanına malik olmasa da, SSRİ-nin tərkibində olan bir respublika kimi beynəlxalq mədəni proseslərdə iştirak edirdi. SSRİ-nin Asiya ölkə­lərinə yönəlmiş xarici siyasət strategiyasında milli respublikaların tarixi, dini və mədəni xüsusiyyət­lərindən istifadə olunurdu. Şərq sivilizasiyası ilə bağlılığı, islam mədəni mühiti ilə yaxınlığı və ortaq tarixi irs amili Azərbaycan SSR-ni bu siyasətdə əsas iştirakçıya çevirirdi. Azərbaycan SSR bir növ körpü rolunu oynayaraq SSRİ ilə Asiya ölkələri arasında qarşılıqlı anlaşmanın formalaşmasına töhfə verirdi. Beləliklə, bu münasibətlər yalnız humanitar xarakter daşımır, eyni zamanda beynəlxalq müna­sibətlərdə siyasi-strateji məqsədlərə xidmət edirdi. Aparılan araşdırma göstərir ki, Asiya ölkələri ilə Azərbaycan SSR arasında mövcud olmuş mədəni əlaqələr, əməkdaşlıqlar bu ölkələr arasındakı müna­sibətlərin dayanıqlı və daha uzun illər ərzində mövcud olmasında həlledici rol oynamışdır. Bu baxım­dan 1970-1980-ci illərin mədəni əlaqələri beynəlxalq münasibətlər sistemində funksional və uzunmüd­dətli təsir gücünə malik olmuşdur.

Açar sözlər: mədəni diplomatiya, Hindistan, ədəbi görüşlər, beynəlxalq əlaqələr, Azərbaycan SSR, teatr.



YÜKLƏ [227.54 Kb]
Baxış: 1
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}