RASİM RZAXANOV
Bakı Dövlət Universitetinin dissertantı,
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi
https://orcid.org/0009-0001-0340-0291
AZƏRBAYCANDA MÜASİR MİQRASİYA SİYASƏTİ VƏ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRƏ “BÖYÜK QAYIDIŞ” PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİ
DOI: https://doi.org/10.36719/2708-065X/113/146-152
Məqalədə Azərbaycanda müasir miqrasiya siyasətinin formalaşması və inkişafı, eləcə də işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış” proqramının həyata keçirilməsi məsələləri elmi-politoloji aspektdən təhlil edilir. Tədqiqatda XX əsrin sonlarından etibarən ölkədə baş verən miqrasiya prosesləri, xüsusilə deportasiya və məcburi köçkünlük problemləri, onların demoqrafik və sosial-iqtisadi vəziyyətə təsiri araşdırılır. Eyni zamanda Azərbaycanın demoqrafik inkişaf siyasətinin əsas istiqamətləri, Dövlət Miqrasiya Xidmətinin yaradılması, Miqrasiya Məcəlləsinin qəbul edilməsi və miqrasiya proseslərinin hüquqi tənzimlənməsi məsələləri geniş şəkildə izah olunur, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığın miqrasiya siyasətinin təkimilləşdirilməsində rolu da xüsusi qeyd edilir. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” Dövlət Proqramının məqsədləri, əsas prioritetləri və mərhələləri təhlil olunur. Araşdırma göstərir ki, həyata keçirilən dövlət proqramları və institusional islahatlar miqrasiya proseslərinin səmərəli idarə olunmasına və ölkənin demoqrafik inkişafına mühüm töhfə verir.
Açar sözlər: miqrasiya siyasəti, demoqrafik proseslər, Miqrasiya Məcəlləsi, Böyük Qayıdış proqramı, Qarabağ və Şərqi Zəngəzur, əhalinin məskunlaşdırılması.
