SƏBİNƏ BABAZADƏ
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi nəzdində Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri
BƏŞƏR TARİXİNİN FACİƏSİ - II DÜNYA MÜHARİBƏSİ
DOI: https://doi.org/10.36719/2708-065X/113/127-130
1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlayan II Dünya müharibəsi təxminən 80 milyon insanın həyatına son qoydu və buna görə də bəşəriyyət tarixinin ən böyük fəlakətlərindən biri hesab olunur. Nasist Almaniyasının təcavüzü ilə başlayan münaqişə, demək olar ki, bütün dünyanı bürüdü və bütöv ölkələrin məhvinə, iqtisadi böhrana və ölçüyəgəlməz insan itkilərinə səbəb oldu. II Dünya müharibəsi ən vacib məsələləri ilə bir sıra elmi tədqqiatların obyekti olmuşdur. Bitməsinin 81-ci il dönümündə belə II Dünya müharibəsi hərbi-siyasi aspektləri baxımında aktuallığını itirməmişdir. Mövzunun aktuallığı ondan ibarətdir ki, müxtəlif hərbi-siyasi blokların və koalisiyaların nümayəndələri, eləcə də planetin bütün xalqları keçmiş müharibənin siyasi dərslərini qiymətləndirməkdə birbaşa və bilavasitə maraqlıdırlar. Qələbədən sonra böyüyən yeni nəsillər müharibə haqqında həqiqəti bilmək istəyirlər. Bu, gənclər üçün hərbi-vətənpərvərlik tərbiyəsinin əsas mənbələrindən birinə çevrilib. Təqdim olunan məqalədə II Dünya müharibəsinin başlaması və nəticələrı araşdırılmışdır.
Açar sözlər: Dünya müharibəsi, qlobal münaqişə, faşizm, nasizm, humanitar fəlakət.
