SEVİNC RUİNTƏN

Bakı Dövlət Universitetinin dosenti

ORCID ID: 0000-0002-8211-1577

[email protected]

ƏSGƏR MƏMMƏDLİ

Bakı Dövlət Universitetinin “Ölkəşünaslıq (Türkiyə üzrə)” ixtisası II kurs  magistrantı

ORCİD ID: https://orcid.org/0009-0000-0121-9694

[email protected]

 

 

II QARABAĞ MÜHARİBƏSİ KONTEKSTİNDƏ

TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN TARİXİ TƏKAMÜLÜ:

ANALİTİK BAXIŞ

 

DOI: https://doi.org/10.36719/2708-065X/113/91-100

 

Azərbaycanın II Qarabağ müharibəsində qələbəsi, sözün həqiqi mənasında müasir dövr beynəl­xalq münasibətlər sistemində mühüm əhəmiyyətli hadisələrdən biri olmuşdur. Belə ki, məsələnin ma­hiyyəti yalnız itirilmiş torpaqların geri qaytarılması ilə çərçivələnməməlidir. Bu qələbə həmçinin bə­rabərində yalnız bir bölgə üçün deyil, bütünlükdə dünya miqyasında qüvvələr balansına əhəmiyyətli dərəcədə təsir edə biləcək reallıqlar gətirmişdir. Elmi araşdırmalarda bu məsələlərə fərqli rakurslar­dan aydınlıq gətirilməsinə cəhd göstərilməkdədir. Bu baxımdan istisna təşkil etməyən hazırki məqalə­də bu yeni geosiyasi reallıqlar fonunda Türkiyə-Ermənistan münasibətlərinin inkişaf dinamikası və gələcək perspektivləri təhlil edilmişdir. Məqalədə elmi-siyasi ədəbiyyat və rəsmi sənədlər əsasında tərəflər arasındakı münasibətlərin XI əsrdən etibarən formalaşan ilk təmaslarından günümüzə qədər olan tarixi təkamülü müqayisəli şəkildə təhlil edilmişdir. Araşdırmanın yekununda belə bir qənaətə gəlinmişdir ki, XX əsrin 80-cı illərinin sonundan etibarən Ermənistanın Azərbaycana təcavüzü, tor­paqlarını işğal altında saxlaması məsələsinə münasibətdə Türkiyənin mövqeyi iki dövlət arasındakı münasibətlərdə mövcud olan gərginliklərdən sadəcə biri olmuşdur. Bu gərginliyin aradan qaldırılma­sı, və ya heç olmasa azaldılmasına əngəl olan səbəblər əslində heç ermənilərin yaddaşına məqsədli şəkildə yeridilmiş qondarma “tarixi travma” ilə də bağlı olmamışdır. Problemin mahiyyətini düzgün dərk etmək üçün ona daha geniş rakursdan yanaşılmalıdır. Belə yanaşıldıqda aydın olur ki, iki dövlət arasındakı münasibətlər regional və qlobal maraqların toqquşması kontekstində daha düzgün dəyər­ləndirilə bilər. Araşdırmalar həmçinin onu da göstərir ki, münasibətlərdəki problemlərə rəğmən, tərəf­lər arasında əməli nəticə əldə edilməsi üçün də kifayət qədər güclü və müsbət tarixi yaddaş zəmini də mövcuddur. Və məhz bu zəmin II Qarabağ müharibəsindən sonra yaranmış yeni şəraitdə normallaşma prosesi üçün real perspektivlər vəd edir.

Açar sözlər: Türkiyə-Ermənistan münasibətləri, “Sadiq təbəə” (tebaa-i sadıka), 1915-ci il hadisə­ləri, II Qarabağ müharibəsi, Xüsusi nümayəndələr vasitəsilə normallaşma prosesi.



YÜKLƏ [316.49 Kb]
Baxış: 22
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}