ŞAHISMAYIL İSMAYILOV
Azərbaycan Dillər Universiteti, Azərbaycan Universiteti,
Bakı Slavyan Universiteti, tarix üzrə fəlsəfə doktoru, dosent
ORCID: https://orcid.org/0000-0002-7441- 3575
AZƏRBAYCAN VƏ TÜRKİYƏ MÜNASİBƏTLƏRİ:
"BİR MİLLƏT, İKİ DÖVLƏT" MODELİNİN TARİXİ VƏ STRATEJİ ANALİZİ
DOI: https://doi.org/10.36719/2708-065X/113/86-90
Bu tədqiqatın məqsədi Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət” modeli çərçivəsində tarixi, strateji və institusional əsaslarını sistemli şəkildə təhlil etməkdir. Metodoloji baza tarixi-müqayisəli yanaşma, sənədlərin analizi, institusional təhlil və keyfiyyət metodlarından ibarətdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, münasibətlər mədəni diplomatiya, təhsil, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya və hərbi-siyasi müttəfiqlik üzərində dayanıqlı struktur formalaşdırmışdır. Xüsusilə TANAP, BTC, BTQ layihələri və Şuşa Bəyannaməsi strateji tərəfdaşlığın institusional dayaqlarını möhkəmləndirmişdir. Tədqiqatın məhdudiyyəti əsasən regional siyasi dinamikaların dəyişkənliyi və bəzi statistik məlumatların aktual olmaması ilə bağlıdır. İşin orijinallığı münasibətlərin yalnız siyasi müstəvidə deyil, humanitar, mədəni və diaspor diplomatiyası kontekstində kompleks yanaşma ilə təhlil edilməsindədir. Elmi yenilik Azərbaycan–Türkiyə əlaqələrinin vahid strateji model kimi konseptuallaşdırılmasıdır. Praktiki əhəmiyyət isə dövlət siyasəti, təhsil, enerji strategiyası və regional təhlükəsizlik planlaşdırılması üçün tətbiqi nəticələr təqdim etməsində ifadə olunur.
Açar sözlər: Azərbaycan–Türkiyə münasibətləri, strateji tərəfdaşlıq, “Bir millət, iki dövlət” modeli, enerji əməkdaşlığı, hərbi-siyasi müttəfiqlik, mədəni diplomatiya, regional təhlükəsizlik.
