NAİLƏ HÜSEYNOVA
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu
Dünya tarixi şöbəsi a.e.i., t.ü.f.d. dosent
ORCID: 0000-0002-4910-6717
AXC DÖVRÜNDƏ AZƏRBAYCAN - ALMANİYA ƏLAQƏLƏRİ (1918-Cİ İL)
DOI: https://doi.org/10.36719/2708-065X/113/72-78
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən vacib problemlərindən biri dövlətin xarici siyasətində Almaniya ilə olan münasibətlərin tədqiq edilməməsidir. Məqalədə AXC elan olunarkən müstəqillik haqqında istiqlaliyyət bəyyannaməsinin Almaniyaya da göndərilməsi faktı aşkarlanır. Hökumətlərarası nümayəndəliklərin açılması barədə tövsiyyələrin tərəflər arasında müsbət qarşılanması məqalədə təqdim edilir. Bununla bərabər məqalədə Azərbaycanda mövcud olan alman koloniyaları ilə bağlı alman reyxinin himayədalıq missiyası AXC hökumətinə çatdırılır. AXC-nin Almaniya ilə olan siyasi əlaqələri Almaniyanın və Osmanlı dövlətinin Cənubi Qafqaz siyasətindəki paralellik prinsipləri əsasında təhlil edilir. Nuru paşanın Bakıya daxil olmasına qədər AXC - Almaniya münasibətlərində qarşılıqlı siyasi anlaşmaların olmasına baxmayaraq sonda Azərbaycan hökumətinə qarşı etimadsızlıq hallarının təhlili məqalədə öz əksini tapır.
Açar sözlər: Borçalı, Bakı nefti, koloniyalar, parlament, Şulenburq.
