YEGANƏ MƏMMƏDOVA
Tarix üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsi, doktorant
https://0rcid.org/0000-0001-5693-3748
NAXÇIVAN MSSR MƏRKƏZİ İCRAİYYƏ KOMİTƏSİNİN
SOVET QURUCULUĞU DÖVRÜNDƏ FƏALİYYƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/113/60-65
Arxiv sənədləri göstərir ki, tədqiq edilən dövrdə Naxçıvan MSSR-nın kənd təsərrüfatı və istehsal potensialı məhz Sovnarkomun təşəbbüsü ilə hazırlanan planlara əsasən formalaşırdı. Xüsusilə maliyyə və ticarət komissiyaları, mərkəzi plan üzrə Naxçıvanın iqtisadi göstəricilərini analiz edərək nəticələri Mərkəzi İcraiyyə Komitəyə təqdim etmiş, yeni inkişaf proqramlarının işlənib hazırlanmasına töhfə vermişlər. Həmin illərdə yerli mətbuat da bu prosesi aktiv şəkildə müşayiət etmişdir. “Sovet Naxçıvanı” qəzeti vasitəsilə partiya göstərişləri, Sovnarkom qərarları və kənd sovetlərinə tövsiyələr əhaliyə çatdırılmışdır ki, bu da yerli səviyyədə ideoloji və inzibati idarəetmənin effektivliyini artırmışdır. Qəbul edilən bu qərarlar və tədbirlər kompleksi, gələcəkdə – xüsusilə 1945-ci il müharibədən sonrakı yenidənqurma dövrü üçün əsas prioritetlərin formalaşdırılmasında mühüm rol oynadı. Beləliklə, XX əsrin ikinci yarısında Naxçıvanın sosial-iqtisadi dirçəlişi üçün ideoloji və institusional baza bu mərhələdə formalaşmış oldu.
Açar sözlər: Mərkəzi İcraiyyə Komitəsi, Sovnarkom, sovet quruculuğu, seçki.
