İSMAYIL HACIYEV
AMEA Naxçıvan Bölməsi
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
DÖVRÜNDƏ NAXÇIVAN DİYARININ SİYASİ VƏZİYYƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/113/49-59
Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan diyarının siyasi vəziyyəti təhlilə cəlb edilmişdir. Cümhuriyyət hökuməti və parlamentinin fəaliyyətində Naxçıvanla bağlı bir sıra məsələlərə diqqət yetirilmiş, bölgənin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona siyasi, hərbi, maddi və mənəvi kömək göstərilməsi əsaslandırılmışdır. Burada həmçinin Müsəlman Milli Komitəsinin Həmyerlilər cəmiyyətinin Naxçıvanı qorumaq uğrunda fəaliyyətləri, erməni daşnaklarına qarşı mübarizələri, Osmanlı dövləti ilə yaratdığı əlaqələr, bölgədə yaradılan Araz-Türk Respublikası, Rusiyanın, İngiltərənin və ABŞ-ın Naxçıvanla bağlı siyasətləri araşdırılmışdır. Tədqiqat nəticəsində belə bir yekun nəticə çıxarılmışdır ki, AXC hökumətinin uğurlu siyasəti, yerli əhalinin istifadə etdiyi müxtəlif vasitələr, xüsusilə naxçıvanlıların inadlı mübarizələri Naxçıvanı Azərbaycanın tərkibində qoruyub saxlamışdır.
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, naxçıvanlılar, türklər, Rusiya, İngiltərə, ABŞ, Araz-Türk Respublikası, ermənilər.
