JALƏ İSMAYILOVA

t.ü.f.d., Bakı Avrasiya Universiteti,

Azərbaycan Memarlıq və İnşaat Universiteti

ORCID: 0009-0005-8198-8544

[email protected]

 

ƏHMƏD BƏY AĞAOĞLUNUN PUBLİSİSTİK FƏALİYYƏTİNDƏ

MİLLİ VƏ ÜMUMBƏŞƏRİ DƏYƏRLƏR

 

DOI: https://doi.org/10.36719/2708-065X/113/43-48

 

Bu məqalədə Əhməd bəy Ağaoğlunun publisistik fəaliyyətində milli və dünyəvi məsələlərin əks olunması geniş şəkildə tədqiq edilir. Tədqiqatın əsas məqsədi onun publisistik irsində milli ideyaların, ictimai-siyasi baxışların və dünyəvi dəyərlərin necə təqdim olunduğunu müəyyənləşdirməkdir. Məqa­lədə Ağaoğlunun müxtəlif dövrlərdə qələmə aldığı publisistik məqalələr, çıxışlar və ictimai-siyasi möv­zulu yazılar təhlil edilərək onun ideya istiqamətləri araşdırılır. Araşdırma zamanı müəllifin publisis­tikasında milli kimlik, azərbaycançılıq ideologiyası, maarifçilik, cəmiyyətin modernləşməsi və ictimai tərəqqi kimi məsələlərin mühüm yer tutduğu müəyyən edilir. Bununla yanaşı, onun yazılarında qadın azadlığı, təhsil, hüquqi dövlət quruculuğu, demokratiya və vətəndaş cəmiyyətinin inkişafı kimi dünyəvi xarakterli mövzuların da geniş şəkildə işıqlandırıldığı göstərilir. Bu baxımdan Ağaoğlunun publisistik fəaliyyəti yalnız milli oyanış ideyalarının təbliği ilə məhdudlaşmır, eyni zamanda müasir və dünyəvi düşüncə tərzinin formalaşmasına xidmət edir.Tədqiqat nəticəsində müəyyən olunur ki, Əhməd bəy Ağaoğlunun publisistik irsi Azərbaycan ictimai fikrinin inkişafında mühüm mərhələ təşkil edir. Onun ideyaları cəmiyyətin maariflənməsi, milli şüurun güclənməsi və demokratik dəyərlərin yayılması baxı­mından böyük əhəmiyyət kəsb edir. Məqalədə həmçinin göstərilir ki, Ağaoğlunun publisistikası milli dəyərlərlə ümumbəşəri ideyaların sintezini əks etdirir və bu xüsusiyyət onun yaradıcılığını Azərbaycan publisistika tarixində xüsusi mövqeyə yüksəldir.

Açar sözlər: Əhməd bəy Ağaoğlu, publisistika, milli ideya, dünyəvilik, maarifçilik, ictimai fikir.



YÜKLƏ [212.74 Kb]
Baxış: 1
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}