ELBRUS BAĞIŞOV
Bakı Dövlət Universitetinin doktorantı
Orcid: https://orcid.org/0009-0003-7408-1675
RUSİYA İMPERİYASININ ŞİMALİ AZƏRBAYCANDA APARDIĞI
İNZİBATİ-ƏRAZİ DƏYİŞİKLİKLƏRİ (1830-1840)
DOI: https://doi.org/10.36719/2708-065X/113/39-42
Məqalədə Rusiya imperiyasının Türkmənçay müqaviləsindən sonra Arazdan şimalda yerləşən Azərbaycan torpaqlarında apardığı inzibati-ərazi dəyişiklikləri araşdırılmışdır. Öyrənilən problem göstərir ki, XIX əsrin 30-cu illərində Rusiyanın Cənubi Qafqazda idarəetmə sistemi tənəzzülə uğramışdı. Öyrənilən tədqiqat obyekti göstərir k, işğal edilmiş Azərbaycan xanlıqları əyalət və dairələrə çevrildikdən sonra faktiki olaraq ölkənin idarəçiliyi komendantların əlində cəmləşmişdi. Hökm sürən dərəbəylik komendatlara yerli əhaliyə ölüm hökmü vermək hüququnu da vermişdi. Rusiyanın müstəmləkə siyasətinin eybəcər təzahürünə çevrilmişdilər. Məhz bu səbəbdən Rusiya imperiyası Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün islahatlar keçirməyə məcbur idi. Belə islahatlar Şimali Azərbaycanda da keçirilmişdi. Bu islahatlar nəticəsində ərazi bölgüləri dəyişdirilib, qəza və quberniyalarla əvəz olundu. Göstərilən xronoloji çərçivədə tədqiqat obyekti faktiki materiallar və problemin öyrənilməsi səviyyəsi əsasında araşdırılmışdır.
Açar sözlər: Şimali Azərbaycan, Rusiya imperiyası, Dərbənd qəzası, inzibati-ərazi islahatları, İrəvan şəhəri, Zaqafqaziya komitəsi
