QABİL ƏLİYEV
tarix elmləri doktoru, professor
Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti,
https://orcid.org/0000-0002-2372-5907
qabilalioglu1956@gmail.com
ƏRƏŞ, QƏBƏLƏ VƏ QUTQAŞIN SULTANLIQLARI:
SOSİAL-İQTİSADİ VƏ ETNO-DEMOQRAFİK VƏZİYYƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/113/32-38
Azərbaycanın Ərəş, Qəbələ və Qutqaşın sultanlıqlarının inzibati quruluşunun, sosial-iqtisadi həyatının, etno-demoqrafik proseslərin araşdırılması mühüm əhəmiyyətə malikdir. Təqdim edilən məqalədə bu bölgələrin əvvəlcə Şəki xanlığına tabe edilməsi, XIX əsrin başlanğıcında isə Rusiya imperiyası tərəfindən işğalı gedişində yerli idarəçilikdə, əhalinin iqtisadi həyatında baş vermiş dəyişikliklər və onun doğurduğu nəticələr tədqiq edilmişdir.
Açar sözlər: Ərəş, Qəbələ və Qutqaşın sultanlıqları, Şəki xanlığı, sosial-iqtisadi hadisələr, etno-demoqrafik proseslər, Rusiya imperiyası.
