FƏRHAD RÜSTƏMZADƏ

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya institutu-doktorantı

[email protected]

 

ŞAH TƏHMASİBİN HAKİMİYYƏTİ İLLƏRİNDƏ SƏFƏVİ İMPERİYASININ

HƏRBİ STRATEGİYASI

 

DOI: https://doi.org/10.36719/2708-065X/113/26-31

 

Bu tədqiqat Şah I Təhmasibin hərbi strategiyasının formalaşma prinsiplərini, onun siyasi düşün­cəsi ilə qarşılıqlı əlaqəsini və Səfəvi dövlətinin müdafiə sistemində oynadığı rolu təhlil edir. Araşdır­mada göstərilir ki, şahın strategiyası yalnız hərbi tədbirlərlə məhdudlaşmır, eyni zamanda daxili sabit­liyin qorunması, tayfa birliyinin təmin edilməsi və mənəvi-ideoloji mühitin möhkəmləndirilməsi kimi faktorları da əhatə edirdi. Osmanlı və özbək təhlükəsi şəraitində Təhmasib birbaşa toqquşmadan çox, düşmənin logistikasını zəiflədən müdafiə taktikalarına üstünlük vermiş, köçürmə və “yandırılmış torpaq” siyasəti kimi üsullardan istifadə etmişdir. Tədqiqat həmçinin Səfəvi ordusunun təşkilati quru­luşunu, etnik tərkibini, daimi və qeyri-daimi qüvvələr sistemini, qorçu institutunu və odlu silahların tətbiqini geniş şəkildə işıqlandırır. Nəticə etibarilə, Şah Təhmasibin hərbi strategiyası realist, müdafiə yönümlü və dövlətin uzunmüddətli mövcudluğunu təmin etməyə hesablanmış kompleks siyasi-hərbi model kimi qiymətləndirilir.

Açar sözlər: Şah I Təhmasib, Səfəvi dövləti, qorçular.



YÜKLƏ [205.46 Kb]
Baxış: 1
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}