AKİF MƏMMƏDLİ
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika
şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
HƏSƏN HƏSƏNOV
AZƏRBAYCAN VƏ ŞUMERİN TARİXİ ƏLAQƏLƏRİNƏ DAİR
DOI: https://doi.org/10.36719/2708-065X/113/11-17
Məqalədə Şumer sivilizasiyası ilə Azərbaycan tarixi, dili və mədəniyyəti arasında mümkün əlaqələr kompleks şəkildə araşdırılır. Müəlliflər Şumerlərin bəşər tarixində ilk əkinçilik, yazı, mədəni həyat və dastan ənənələrinin yaradıcıları olduğunu vurğulayaraq, bu sivilizasiyanın yalnız bir xalqa deyil, ümumbəşəri irsə məxsus olduğunu əsaslandırır. Tədqiqatda “Şumer”, “Gilqamış”, “Subar”, “gen/genezis” kimi açar anlayışlar dilçilik, toponimika, mifologiya və tarixi köçlər kontekstində təhlil edilir, Şumer dilinin aqqlütinativ xüsusiyyətlərinin Azərbaycan dili ilə oxşarlıqları göstərilir. Məqalədə Şumerlərin Mesopotamiyaya gəlmə yolları, Qobustan qayaüstü təsvirləri, Kərimli kurqanı materialları və Ay kultu kimi arxeoloji-mifoloji paralellər əsasında Xəzər hövzəsi və Azərbaycan ərazisinin bu sivilizasiya ilə əlaqələri təhlil olunur. Müəlliflər həmçinin Subarların böyük miqrasiyalarda rolu, Şumer mədəniyyətinin Altay və Himalay istiqamətində yayılması ehtimalları üzərində dayanır. Nəticə etibarilə, Şumer irsinin Azərbaycan tarixində izlərinin olduğu fikri irəli sürülür və bu sahədə çoxşaxəli, kollektiv elmi tədqiqatların aparılmasının zəruriliyi vurğulanır.
Açar sözlər: Şumer, Azərbaycan, Gilqamış dastanı, Subarlar, aqqlütinativ dillər, Mesopotamiya, Kərimli kurqanı, Ay kultu.
